Son yenilənmə: 04.10.2026
1. Qiymət və ödəniş
Məhsulun ödəniş anındakı yekun qiyməti sifariş təsdiq edilməzdən əvvəl göstərilir. Aktiv ödəniş üsulları checkout səhifəsində göstərilən üsullardır. Vergi, xidmət və ya digər əlavə ödəniş tətbiq olunursa, qanunvericiliyin tələb etdiyi həddə sifarişdən əvvəl istifadəçiyə məlumat verilir.
2. Ödənişin təsdiqi
Ödəniş uğurla tamamlandıqdan sonra sifariş sistemə daxil edilir. Bank və ödəniş provayderi tərəfindən əlavə təhlükəsizlik təsdiqi tələb oluna bilər. Ödəniş hesabdan çıxılıb, lakin sifariş yaranmayıbsa, təkrar ödəniş etməzdən əvvəl dəstəyə müraciət edin.
3. Rəqəmsal çatdırılma
- Top up: məhsul sifariş zamanı daxil edilən oyun hesabına/Player ID-yə çatdırılır;
- E-pin/voucher: kod sifariş detallarında, istifadəçi hesabında və ya sistemdə göstərilən digər rəqəmsal kanalda təqdim edilə bilər;
- fiziki kargo çatdırılması tətbiq edilmir.
4. Çatdırılma müddəti
Bir çox sifariş avtomatik olaraq qısa müddətdə tamamlanır. Lakin oyun servisi, region, texniki xidmət, təhlükəsizlik yoxlaması və ya xarici xidmətin gecikməsi səbəbindən emal müddəti uzana bilər. Sifariş “Processing” vəziyyətindədirsə, nəticələnmədən eyni sifarişi təkrar vermək tövsiyə edilmir.
5. Çatdırılmanın mümkün olmaması
Sifarişin texniki səbəbdən icrası mümkün olmadıqda sistem sifarişi ləğv edə və uyğun hallarda məbləği avtomatik olaraq balansınıza qaytara bilər. Digər geri qaytarma halları Geri qaytarma və ləğv siyasətində göstərilir.
6. Məlumatların yoxlanılması
Ödənişdən əvvəl Player ID, server/zone, region, məhsul və məbləği yoxlamaq vacibdir. Uğurlu rəqəmsal çatdırılmadan sonra top up-ın geri çəkilməsi və ya başqa hesaba köçürülməsi adətən mümkün deyil.
7. Dəstək
Ödəniş və çatdırılma problemi zamanı sifariş nömrəsi ilə info@epinpoint.com ünvanına və ya saytda aktiv dəstək kanalına müraciət edin.