Son yenilənmə: 04.10.2026
Bu siyasət EpinPoint platformasında fərdi məlumatların toplanması, işlənməsi, saxlanması və qorunması prinsiplərini izah edir. Məlumatların işlənməsi Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu və tətbiq olunan digər normativ tələblər nəzərə alınmaqla həyata keçirilir.
1. Toplana bilən məlumatlar
- ad, soyad və hesab məlumatları;
- e-mail, telefon və digər əlaqə məlumatları;
- sifariş üçün tələb olunan Player ID/UID, server, region və oxşar oyun identifikatorları;
- sifariş, ödəniş statusu, geri qaytarma və əməliyyat tarixçəsi;
- IP ünvanı, cihaz/brauzer məlumatları, təhlükəsizlik və giriş qeydləri;
- dəstək yazışmaları və istifadəçinin könüllü təqdim etdiyi fayl və məlumatlar.
2. Məlumatların işlənmə məqsədləri
- hesabın yaradılması və idarə edilməsi;
- sifariş və ödənişlərin icrası;
- top up, e-pin və voucher məhsullarının çatdırılması;
- fırıldaqçılığın, icazəsiz girişin və sui-istifadənin qarşısının alınması;
- müştəri dəstəyi və mübahisələrin araşdırılması;
- qanuni, mühasibat və təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsi;
- qanunvericiliyin icazə verdiyi həddə xidmətin keyfiyyətinin yaxşılaşdırılması.
3. Hüquqi əsas və razılıq
Məlumatlar sifarişin və müqavilənin icrası, qanuni öhdəliklər, təhlükəsizlik maraqları və qanunvericiliyin tələb etdiyi hallarda istifadəçinin razılığı əsasında işlənir. Razılığın tələb olunduğu emal əməliyyatlarında istifadəçiyə məqsəd və şərtlər barədə məlumat verilir.
4. Məlumatların üçüncü şəxslərlə paylaşılması
Sifarişin yerinə yetirilməsi üçün zəruri məlumatlar ödəniş xidməti təminatçılarına, rəqəmsal məhsul və top up infrastrukturu təmin edən texniki tərəflərə, hostinq və təhlükəsizlik xidmətlərinə yalnız zəruri həcmdə ötürülə bilər. Qanunla tələb edilən hallarda məlumat səlahiyyətli dövlət orqanlarına təqdim edilə bilər.
Fərdi məlumatların transsərhəd ötürülməsi baş verdikdə bu proses tətbiq olunan qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.
5. Ödəniş məlumatları
Bank kartı ilə ödənişlər üçün kart məlumatlarının emalı ödəniş provayderinin təhlükəsiz infrastrukturu vasitəsilə həyata keçirilə bilər. EpinPoint-in məqsədi tam kart nömrəsi və CVV/CVC kimi həssas kart məlumatlarını öz sistemində saxlamamaqdır.
6. Saxlanma müddəti
Məlumatlar toplanma məqsədi, müqavilə münasibətləri, mübahisələrin həlli və qanuni saxlanma öhdəlikləri üçün zəruri olan müddətdə saxlanılır. Məqsəd və hüquqi zərurət aradan qalxdıqda məlumatlar qanunvericiliyə uyğun olaraq silinir, məhv edilir və ya zəruri hallarda arxivləşdirilir.
7. Təhlükəsizlik
Giriş nəzarəti, server və tətbiq təhlükəsizliyi, audit qeydləri və digər təşkilati-texniki tədbirlər vasitəsilə məlumatların icazəsiz istifadəsinin qarşısını almaq üçün uyğun tədbirlər görülür. İnternet üzərindən heç bir ötürmə üsulu mütləq təhlükəsizlik zəmanəti vermədiyi üçün istifadəçilər də hesab şifrələrini və cihazlarını qorumalıdırlar.
8. İstifadəçinin hüquqları
Qanunvericiliyin verdiyi həddə istifadəçi özü barədə məlumatların mövcudluğu, işlənmə məqsədi və hüquqi əsası barədə məlumat tələb edə, məlumatlarla tanış ola, dəqiqləşdirmə və qanunla nəzərdə tutulan hallarda silinmə/məhv edilmə barədə müraciət edə bilər.
9. Cookie və oxşar texnologiyalar
Sayt sessiyanın işləməsi, təhlükəsizlik, dil/valyuta seçimləri və digər funksional məqsədlər üçün cookie və oxşar texnologiyalardan istifadə edə bilər. Ətraflı məlumat Cookie siyasətində verilir.
10. Əlaqə
Məxfilik və fərdi məlumatlarla bağlı müraciətlər: info@epinpoint.com.